“Şamaxı”dan ev qələbəsi - YENİLƏNİB
29.11.2026 - 16:22
“Şamaxı”dan ev qələbəsi - YENİLƏNİB

Misli Premyer Liqasının XIII turunun son günündə iki qarşılaşma baş tutacaq.

Apasport.az xəbər verir ki, günün ilk görüşündə “Qəbələ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma saat 14:30-da başlayıb.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

 

Misli Premyer Liqası

XIII tur

29 noyabr

14:30. “Şamaxı” – “Qəbələ” 2:0

Baş hakim: Rəşad Əhmədov

Şamaxı şəhər stadionu

Qeyd edək ki, XIII turun dünən keçirilən matçlarında “Turan Tovuz” “Kəpəz”ə (2:1), “Sabah” isə “Araz-Naxçıvan”a (2:0) qalib gəlib.