“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
21.03.2026 - 17:58
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.

“Turan Tovuz” Sumqayıtda “Qəbələ”ni sınağa çəkəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matça saat 16:00-da start veriləcək.

Misli Premyer Liqası
XXV tur

16:00. "Turan Tovuz" – "Qəbələ" 3:2

Qollar: Hayderson Hurtado, 4, 49, , Joarlem Santos, 59, - Eşqin Əhmədov, 27, Roderik Miller, 90+7 (ö.q)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı. 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu