ABL: “Neftçi” “Sabah”la üz-üzə
07.05.2025 - 18:22

Sabah Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, "Neftçi" və "Sabah"la qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Mayın 11-nə təsadüf edəcək beşinci qarşılaşma isə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, əvvəlki 2 görüşdə "Sabah" qələbə qazanıb. 1 oyun isə "Neftçi"nin xeyrinə başa çatıb. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
0
0