Millilərimiz hazırlıqlara başlayıblar
01.05.2025 - 12:54
Millilərimiz hazırlıqlara başlayıblar

Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.

Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər. 

Toplanışa mayın 9-da yekun vurulacaq. 

Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.