“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Türkiyənin “Trabzonspor” klubu ilə qarşılaşacaq.
Bakıda yerləşən Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” turnirdə keçirdiyi əvvəlki üç oyundan birində qalib gəlib. Azərbaycan təmsilçisi ilk turda Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub.
Komanda III turda Fransanın "Nanter 92" kollektivini 87:80 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.