“Sabah” “Neftçi” ilə üz-üzə gələcək
04.05.2025 - 11:39

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edəcək.
Apasport.az xəbər verir ki, bu gün həlledici mərhələnin ikinci oyunu baş tutacaq.
Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkəcək. Rimas Kurtinaytisin komandası 1-ci görüşdə “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.
Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.
Azərbaycan Basketbol Liqası
Final, 2-ci oyun
4 may
14:00. “Neftçi” – “Sabah”
Bakı İdman Sarayı
0
0