UEFA Çempionlar Liqasının V turunda “Sabah” “Barselona” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçdan öncə Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
- Rəqib dünya nəhəngi "Barselona"dır. Uğurlu çıxış etmək üçün hansı amillər önəmlidir?
- Oyundan zövq almalıyıq. Təbii ki, onların titullarını, gücünü bilirik. Zəif tərəf tapmaq çətindir. Müdafiədə boşluqlar var. Amma inanıram ki, öhdəsindən gələcəyik.
- Lamin Yamalın olmaması ilə bağlı nə deyə bilərsiz? Sizə görə heyətdəki ən yaxşı futbolçu hansıdır?
- Azərbaycan azarkeşləri adına üzüldüm. Hər kəs onu görmək istəyirdi. Dünya futbolunun ikonlarından biridir. Başa düşürəm ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Həmçinin bu, Hansi Flik üçün də problem olmayacaq. Onun superulduzlardan ibarət heyəti var. Biz də əlimizdən gələni edəcəyik.
- İngiltərədə keçirdiyiniz vaxt sizə necə təsir göstərib?
- Təhsilimi futbol sahəsində almışam. Ölkəni dəyişəndə görürük ki, bu amillər bizə təsir göstərir. Çalışdırdığım klublar, prezidentlər, futbolçular mənim üçün təcrübədir. Dəyişikliklər qaçılmazdır.
- Komandanı belə bir matça kökləmək sizin üçün çətin olur?
- "Barselona"ya qarşı oynamağa motivasiyaya ehtiyac yoxdur. İnanıram ki, onlar futbola başlayan zaman özlərini "Barselona" və "Real"a qarşı oynayarkən təsəvvür edirdilər. Belə matçlar məşqçilər üçün asandır. Çünki hər kəs özünü tam hazır hiss edir.
- Komandalar arasındakı fərq aşkardır. Bu matç sizin karyeranızda ən vacib matçdır?
- Digər oyunlar olub ki, mənim üçün daha vacib idi. Çalışacağıq ki, əlimizdən gələni edək və matçdan zövq alaq. Əlimizdən gələni etsək də, bu səviyyəyə çatmaq mümkün deyil. İnandığımızdan da artığını etməliyik. Hər kəs həmin gecəni xatırlayacaq.
- "Barselona" bu mövsüm müdafiədə etibarlı görünmür. Bu, sizdə özünəinam yaradır?
- Elə komanda yoxdur ki, qol buraxmasın. Biz "Borussiya"ya qol vurmuşuq. Digər klublara qarşı da fərqlənmək mümkündür. "Barselona"ya qol vurmaq hamı üçün motivasiyadır.