Güləşçilərimiz “Çempionlar” turnirində daha 2 medal qazanıb
07.05.2025 - 23:23

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında "Çempionlar" turniri davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə daha 3 çəkidə qaliblər bəlli olub.
Döşək üzərinə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz çıxıblar. 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.
Qeyd edək ki, yığmamz ilk gündə iki medal qazanıb.
0
0