Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb
12.04.2025 - 20:50
Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb

Güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşində ilk medalçılar bəlli olub.

Eldəniz Əzizli (55 kq) finalda Emin Seferşayev (UWW) ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı yekunlaşıb. Rəqib idmançı keyfiyyətli xal prinsipinə uyğun qalib elan olunub və təmsilçimiz gümüş medal qazanıb.