İslamiada: İslam Bazarqanov finalda! - YENİLƏNİR
20.11.2025 - 13:50
İslamiada: İslam Bazarqanov finalda! - YENİLƏNİR

İslam Bazarqanov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, sərbəst güləş üzrə 57 kq çəkidə yarışan təmsilçimiz yarımfinalda əfqanıstanlı Sayed Zazai ilə üz-üzə gəlib. 

O, rəqibini 11:0 məğlub edərək final mərhələsinə yüksəlib.