Təmsilçimiz erməni rəqibini məğlub edərək finala yüksəlib
11.04.2025 - 20:18
Təmsilçimiz erməni rəqibini məğlub edərək finala yüksəlib

Güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə start verib.

Eldəniz Əzizli (55 kq) çempionata 1/4 finaldan başlayıb. O, gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib.

Eldəniz yarımfinal mərhələsində Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.