"Gəncə" basketbol klubunun üzvləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olublar.
Apasport.az xəbər verir ki, baş məşqçi Halil Atlı, köməkçisi Rizvan Səfərov, basketbolçular Elşad Şirzadov və Kaan Yıldırımkanlı baş konsul Recep Öztopla görüşüblər.
Səmimi ab-havada keçən görüşdə diplomata klubumuzun cari mövsümdəki hədəfləri və nəticələri barədə məlumat verilib. Heyətin yenidən formalaşdırıldığı, iddialı kollektivin yaradıldığı qeyd olunub. Qarşıya qoyulan ilk məqsədin pley-offa düşmək olduğu deyilib.
Recep Öztop Gəncədə idmanın müxtəlif növlərinin sevildiyini, klubun fəaliyyətini izlədiyini diqqətə çatdırıb. Vaxtilə aktiv şəkildə futbolla məşğul olduğunu vurğulayan baş konsul komandaya çempionatda uğurlar arzulayıb. Diplomat uyğun olduğu vaxtlarda tribunadan "sarı-göylər"ə dəstək vermək üçün oyunlara gələcəyini bildirib.
Görüşün sonunda Recep Öztopa üzərində komanda üzvlərinin imzası olan Kaan Yıldırımkanlının forması hədiyyə edilib.
- Elmar Baxşıyev: “Səbəbi axtarsaq, dərinə gedəcəyik”
- Yeni Zelandiyanın seriyası qırıldı – Belçikanın rekorduna çata bilmədi
- Azərbaycan - Belarus oyununun yeri və saatı bəlli olub
- Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb
- Millimizin sabiq baş məşqçisi istefaya göndərildi