DÇ: "Benfika" və "Bavariya" növbəti oyuna çıxırlar
20.06.2025 - 09:18
DÇ: "Benfika" və "Bavariya" növbəti oyuna çıxırlar

Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Benfika” “Oklend Siti” ilə üz-üzə gələcək. C qrupunun digər görüşündə “Bavariya” “Boka Xuniors”la qarşılaşacaq.

C qrupunda “Çelsi” “Flamenqo”nun müqavimətini qırmağa çalışacaq.

Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, II tur

20 oyun

C qrupu

20:00 Benfika – Oklend Siti
05:00 Boka Xuniors – Bavariya

Xal durumu: Bavariya – 3, Benfika – 1, Boka Xuniors – 1, Oklend Siti – 0

D qrupu

23:00 Flamenqo – Çelsi
02:00 Los Anceles – Esperan Tunis

Xal durumu: Çelsi – 3, Flamenqo – 3, Los Anceles – 0, Esperans Tunis – 0