Coşqun oynadı, komandası qələbə qazandı
17.03.2025 - 08:49
Futbol üzrə Türkiyə Birinci Liqasında XXX turun oyunları baş tutub.
Apasport.az xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" azarkeşləri qarşısında "Keçiörengücü" ilə qarşılaşıb.
Start heyətdə meydana daxil olan Diniyev fasilədən sonra əvəzlənib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 30 turdan sonra 45 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- Dubayda Azərbaycanı İbrahim Əliyev təmsil edəcək
- Donarumma Avropa nəhənglərinin maraq dairəsindədir
- Romulonun müştəriləri artır: Ən ciddi təklif Super Liqadandır
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
0
0