"Qalatasaray" ter Ştegenlə danışıqlar aparır
16.06.2025 - 12:54
"Qalatasaray" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə danışıqlar aparır.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə klubu 33 yaşlı oyunçuya ildə təxminən 5 milyon avro ödəməyə hazırdır.
"Cimbom" alman qapıçıya əsas heyətdə daimi yer alacağına söz verib.
"Barselona" ter Ştegeni yay transfer pəncərəsində satmağa müsbət yanaşır.
Ter Ştegen 2014-cü ildən "blauqrana"nın şərəfini qoruyur. Onun "Barsa" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
"Transfermarkt"a görə, qolkiperin transfer dəyəri 12 milyon avrodur.
- Argentina klubu Ronaldonu transfer etmək istəyir
- "Futbol mərcləri"ndə yeni həbslər: Erden Timur da saxlanıldı - YENİLƏNİB
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- "Real Madrid" Alaba ilə yolları ayırmağa qərarlıdır
- Ərəbistandan ayrılır: Portuqaliyalı “Barselona”ya qayıdır
0
0