DÇ-2026-da F qrupunun ilk tur oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, qrupun ilk matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəlirlər.
Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.
Niderland millisi ikinci hissəyə qolla başlayıb. Qravenberxin ötürməsindən sonra kapitan Van Dayk başla dəqiq oynayıb: 1:0.
Yaponlar çox keçmədən bərabərlik qolunu vurmağı bacarıb. Buraxılan qoldan cəmi 6 dəqiqə sonra Nakamura hesabı bərabərləşdirib: 1:1.
Buna baxmayaraq Niderland yenidən önə keçib. Sammervil 64-cü dəqiqədə hesabı hollandların xeyrinə dəyişib: 2:1.
DÇ-2026
F qrupu
14 iyun
00:00. Niderland - Yaponiya 2:1
Qol: V. Van Dayk, 51, Nakamura, 57, Sammervil, 64
Niderland:
Verbrüggen, Dumfris, van Hekke, van Deyk, van de Ven, Qravenberx, de Yonq, Reynders, Sammervil, Malen, Qakpo.
Yaponiya:
Suzuki, İto, Taniquçi, Vatanabe, Nakamura, Sano, Kamada, Doan, Maeda, Kubo, Ueda.