Saşa Boey “Qalatasaray”a qayıdır?
05.02.2026 - 15:27
Saşa Boey “Qalatasaray”a qayıdır?

“Bavariya”nın futbolçusu Saşa Boey karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, fransalı sağ cinah müdafiəçisi sabiq klubu “Qalatasaray”la anlaşıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Razılaşmaya əsasən, 25 yaşlı oyunçu satınalma bəndi ilə mövsümün sonunadək İstanbul təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, "Bavariya" Saşa Boeyi 2024-cü ildə "Qalatasaray"dan 30 milyon avroya heyətinə qatmışdı.