Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının lideri, Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın idman şərəfini qoruyacaq Elçin Əsədov Türkiyənin “Salcano Sakarya” kontinental klubuna keçib.
Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev verib.
O bildirib ki, bununla bağlı qardaş ölkə təmsilçisi “Can Azerbaycan'dan kardeşimiz Elçin ASADOV yeni takımına hoş geldin” başlığı ilə sosial media hesablarında paylaşım edib.
2020-ci ili “Bahrain Cycling Academy” kontinental komandasının heyətində keçirən Elçin Əsədova Bəhreyn təmsilçisindən daha 1 illik müqavilə təklif edilsə də, idmançımızın Olimpiya Oyunlarına daha yaxşı hazırlıq şərtləri səbəbindən seçimi Türkiyə klubu olub.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”