"Turan Tovuz" itirdiyi mövqeyə qayıtmaq arzusunda - YENİLƏNİR
09.02.2026 - 10:19
"Turan Tovuz" itirdiyi mövqeyə qayıtmaq arzusunda - YENİLƏNİR

Misli Premyer Liqasında XIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçiriləcək.

"Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edəcək. Görüş "Azersun Arena"da baş tutacaq.

Qeyd edək ki, Tovuz təmsilçisi 30 xalla 4-cü, "Karvan-Yevlax" 6 xalla 12-cidir.

Misli Premyer Liqası
XIX tur
18:30. "Turan Tovuz" – "Karvan-Yevlax"

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"Azərsun Arena"