Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
İspaniyada rəqibinə 1:2 hesabı ilə məğlub olan “Real Madrid” bu dəfə Almaniyada “Bavariya”nın qonağı olacaq.
İlk oyunda Portuqaliyada “Sportinq”ə qalib gələn “Arsenal” isə rəqibini Londonda qəbul edəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün “Atletiko” və PSJ yarımfinal mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
23:00. "Arsenal" – "Sportinq"
İlk oyun 1:0
23:00. "Bavariya" – "Real Madrid"
İlk oyun 2:1