DÇ-2026: Türkiyə tarixi oyuna çıxır - YENİLƏNİR
31.03.2026 - 10:07
DÇ-2026: Türkiyə tarixi oyuna çıxır - YENİLƏNİR

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçiriləcək.

Apasport xəbər verir ki, bu gün baş tutacaq qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olacaq.

Türkiyə millisi 24 il aradan sonra Dünya çempionatına yollanmaq üçün həlledici matçda Kosovo səddini keçməlidir.

Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

DÇ-2026, pley-off mərhələsinin final oyunları

31 mart

Bosniya və Herseqovina - İtaliya
Kosovo - Türkiyə
Çexiya - Danimarka
İsveç - Polşa