Super Liqa: "Samsun" və "Eyüp"dən qələbə
14.04.2026 - 00:23
Türkiyə Super Liqasında XXIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Saat 21:00-da start götürən görüşlərin ilkində "Samsunspor" səfərdə "Eyüpspor"un qonağı olub.
Qara Dəniz təmsilçisi 2:1-lik qələbəyə sevinib.
İkinci matçda "Rizespor" doğma meydanda "Qaziantep"i eyni hesabla məğlub edib: 2:1.
Turnir cədvəlinə 68 xalla "Qalatasaray" liderlik edir. "Sarı-qırmızılar" ən yaxın izləyicilərindən "Fənərbaxça"nı 2, "Trabzonspor"u 4 xal qabaqlayır.
0
0