Atletika üzrə Bakı birinciliyi keçiriləcək
07.01.2026 - 16:57
Atletika üzrə Bakı birinciliyi keçiriləcək

Yanvarın 9-10-da qapalı məkanda atletika üzrə Bakı birinciliyi keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Yarış 2011-2012-ci il təvəllüdlü idmançılar arasında baş tutacaq.

Turnir Bakı Atletika Mərkəzində təşkil olunacaq.