Azərbaycan təmsilçisi Türkiyədəki yarımarafonda beşinci yeri tutub
15.02.2026 - 18:28
Azərbaycan təmsilçisi Türkiyədəki yarımarafonda beşinci yeri tutub

Azərbaycan atleti Anna Yusupova Türkiyənin Trabzon şəhərində keçirilən yarımarafonda beşinci yeri tutub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

İdmançı 21 km məsafəni 1 saat, 19 dəqiqə, 58 saniyəyə qət edib.