Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2. Türkan 1/4 finalda Avropa çempionu Miqlena Selişkayla üz-üzə gəlib. Bu qarşılaşmadan Bolqarıstan idmançısı qalib ayrılıb - 10:0. Rəqib finala yüksəldiyi üçün Nəsirova 3-cü yeri tutmaq şansı əldə edib. Həmyerlimiz bürünc medal uğrunda polşalı Anna Lukasyakla güləşəcək.
59 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. Kolesnik qrupda növbəti və sonuncu görüşündə almaniyalı Elena Brüggerə də "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Finalın 1 addımlığında polşalı Yovita Vrjesyenə 1:3 hesabıyla məğlub olan təmsilçimiz bürünc medal üçün yenidən Brüggerlə mübarizə aparacaq.
Qeyd edək ki, medal görüşləri martın 31-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib