Misli Premyer Liqasında XXIII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
"Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Saat 19:15-də start götürən görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Ağdam təmsilçisi rəqibini meydana çıxmağa peşman edib. Görüş ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
XXIII tur
8 mart
19:15. "Qarabağ" – "Araz-Naxçıvan" 6:0
Qol: X. Montiel, 14, L. Andrade, 33, 36, K. Duran, 63, 89, M. Qurbanlı, 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu