NBA: Alperendən 28 xal, “Hyuston”dan qələbə
20.11.2025 - 14:27
NBA: Alperendən 28 xal, “Hyuston”dan qələbə

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 9 qarşılaşma keçirilib.

Apasport.az xəbər verir ki, “Oklahoma-Siti Tander” öz meydanında “Sakramento”nu 113:99 hesabı ilə məğlub edərək müntəzəm mövsümdə ardıcıl 7-ci qələbəsini qazanıb.

"Klivlend Kavalyers" isə evdə “Hyuston Rokets”i qəbul edib. Qonaqların basketbolçusu Alperen Şengün 28 xal, 11 ribaund, 7 asist, 1 blokla komandasına qələbə qazandırıb. 

Matçların nəticələri

"Klivlend Kavalyers" – “Hyuston Rokets” – 104:114

“Filadelfiya” – “Toronto Reptors” – 112:121

“Oklahoma-Siti Tander” - “Sakramento” – 113:99

"Nyu Orleans Pelikans" - "Denver Naqqets" – 118:125

“Portland Treil Bleyzers” - "Çikaqo Bullz" – 121:122

"İndiana Peysers" – “Şarlot Hornets” – 127:118

“Mayami Hit” - "Qolden Steyt Uorriors" – 110:96

“Minnesota” - "Vaşinqton Vizards" – 120:109

“Dallas Maveriks” – “Nyu-York Niks” – 111:113.