Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb
16.05.2025 - 09:17

Milli komandamızın üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli UNG Meeting yarışında uğurlu çıxışla yadda qalıb.
Apasport.az xəbər verir ki, atletimiz 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.
Bu göstərici ilə Lamiyə Vəliyeva yarışın bürünc medalını qazanıb.
0
0