Oskar karyerasını başa vurdu
06.04.2026 - 12:25
Oskar karyerasını başa vurdu

“Çelsi”nin sabiq futbolçusu Oskar karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin ürəyində yaranan problem olub.

O, 34 yaşında futbolçu həyatı ilə vidalaşıb. Bu barədə Oskar özü məlumat yayıb.

Braziliyalının son klubu “San Paulo” olub. O, daha öncə “Çelsi” və “Şanxay Port”un da şərəfini qoruyub.